15 sentyabr münasibəti ilə YÜRÜŞ KEÇİRİLİR

Qafqaz İslam Ordusu tərəfindən Bakının azad olunmasının 103-cü ildönümü ilə əlaqədar yürüş keçirilir.

Olaylar.az  bildirir ki, yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start verilib.

Şəhidlər Xiyabanından başlayan yürüş Türk Şəhidliyi abidəsinin önü, İçəri Şəhər metrosu, İqtisadiyyat Universitetinin binası, Qala qapısı, Azneft dairəsindən keçməklə Bəhram Gur heykəlinin qarşısında başa çatacaq.

Hərbi orkestrin müşayiəti altında davam edən yürüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti, tanınmış ictimai xadimlər və media nümayəndələri iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31