Bakıda dördəm dünyaya gəldi 

Bakıda 32 yaşlı qadın dördəm dünyaya gətirdi.

"Leyla Medical Center"dən Olaylara.az-a verilən məlumata görə, uşaqlardan 3-ü oğlan (1140 qr., 1350 qr., 1230 qr.), biri qızdır (1120 qr.). Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır.

Xəstəxanadan bildirilib ki, qeysəriyyə əməliyyatı ilə doğulan uşaqların və ananın vəziyyəti stabil qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31