Facebook cərimələri 1,23 milyon dolları ötüb
14 Sentyabr 2021 16:14 SosialFacebook -a qarşı inzibati protokollar Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41 -ci maddəsi (məlumatların silinməməsi) ilə nəzərdən keçirilib.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, Moskva Cəza Məhkəməsi, Rusiyada qadağan edilmiş məzmunu silməkdən imtina etdiyi üçün Facebooku 21 milyon rubl (287.899 dollar) cərimələyib. Məhkəmədən verilən məlumata görə, cərimələrin ümumi məbləği 90 milyon rubldan (1,23 milyon dollar) çoxdur.
Məhkəmədən verilən məlumata əsasən, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41 -ci maddəsi (məlumatların silinməməsi) ilə əlaqədar olaraq Facebook -a qarşı 5 inzibati protokola baxdı və 21 milyon rubl məbləğində cərimə tətbiq edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31