TƏBİB-in yarıtmaz fəaliyyəti, yoxsa səlahiyyət bölgüsünün qurbanı?

Dünyanı cənginə almış ölümcül tac virusuna qarşı mübarizə məqsədilə Azərbaycanda həyata keçirilən çoxsayilı tədbirlərdən biri də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaradılması oldu. Əslində COVİD-19 virusuna yoluxan və həyatını itirən insanların sayının pik həddə çatması belə bir qurumun yaradılmasını vacib edirdi. Nəzərə almaq lazımdır ki, nəinki Azərbaycan, heç dünyanın iqtisadi baxımdan ən inkişaf etmiş ölkələri belə pandemiyaya qarşı mübarizəyə hazır deyildi. Təsəvvür edin, koronovirusu müalicə etməyə hazırlıqlı tibbi personal yox, xəstəxanalar, tibbi avadanlıqlar, xəstə çarpayıların sayı məhdud, yoluxma isə gündən-günə artmaqda. Heç şübhəsiz ki, belə bir şəraitdə kütləvi ölüm hallarının qarşısının alınması, panikaya düşmüş insanların müalicə və müayinəsini təşkil etmək üçün ixtisaslaşmış bir qurumun yaradılmasına ehtiyac var idi. Məhz ölkəmizdə bu prosesin nəzarətdə saxlanılması TƏBİB-ə həvalə edildi.  İlk baxışdan yeni quruma sonsuz ümidlər yaransa da qurumun fəaliyyəti qısa bir zamanda bütün ümidləri puça çıxardı. İlkin mərhələdə pandemiyanın qarşısının alınması istiqamətində bir sıra nailiyyətlər əldə olunsa da TƏBİB-in yarıtmaz fəaliyyəti nəticəsində virusa yoluxma və ölüm halları sürətlə artmaqda davam etdi.

Başlayaq ondan ki, COVİD-19 virusunun sürətlə yayılması insanları panikaya salsa da TƏBİB tərəfindən effektli maarifləndirici tədbirləri qeyri-müəyyən səbəblərdən uzadılırdı. Yalnız "iş işdən keçdikdən" sonra  kütləvi informasiya vasitələrində sosial çarxlar  işıqlandılsa da, geniş mənada ictimai maarifləndirmə arxa plana keçirilmişdi. Vahid idarəçilik sistemi yaradılmadığından xəstəlik barədə insanlara doğru-düzgün məlumat verilməsi təmin edilmirdi ki, nəticədə sosial şəbəkələrdə ən müxtəlif şaiyələr yer alırdı. Üstəlik, tanınmış həkimlərin koronavirus barədə müxtəlif fikirləri insanlarda xəstəliyə qarşı inamsızlıq yaratdı. İnsanların bu virusun törədə biləcəyi dəhşətlərə inanmayaraq onu dünyanı idarə edən güc mərkəzlərinin "iqtisadi oyunu" kimi qəbul etməsi daha acınacaqlı vəziyyətə gətirib çıxardı.  

Səhiyyə ocaqlarının, tibbi mərkəzlərin, xüsusən təcili tibbi yardımının idarə edilməsinin TƏBİB-ə verilməsi bu sahədə əməlli- başlı xaos yaratdı. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının bu vəzifəyə təyinatı insanlarda ikrah hissi yaratmaqla qurumun fəaliyyətini lağlağa obyektinə çevirdi. Xatırladaq ki, TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir.TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradır, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edir.TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir. Lakin, Ramil Bayramlının ötən müddət ərzindəki fəaliyyəti deməyə əsas verir ki, o, savadlı, peşəkar bir həkim olsa da idarəetmə sahəsində heç bir təcrübəyə malik deyil. Təsəvvür edin onun rəhbərliyi dövründə koronavirusa qarşı mübarizə sahəsində baş verən ozbaşnalıq indiyə qədər ölkədə fəaliyyət göstərən heç bir dövlət, yaxud özəl müəssisədə müşahidə olunmayıb. Özbaşınalıq o həddə çatmışdı ki, istər ixtisaslaşmış xəstəxanalarda, istərsə də ərazi üzrə fəaliyyət göstərən poliklinikalarda həkimlərə müraciət edib tibbi yardım almaq mümkün deyildi. Bütövlükdə tibb persinalı vətəndaşların müraciətlərinə qeyri-etik cavablar verir, qurumun "qaynar xəttinə" isə  saatlarla düşmı mümkün olmurdu. İddialara görə, xəstələrin xəstəxanalara yerləşdirilməsi üçün baş həkimlər iki min manat tass müəyyən etmişdilər, təcili tibbi yardım isə xəstəni beş yüz manata xəstəxanaya yerləşdirirdi. Xəstəxanaya yerləşdirilən xəstələrin əksəriyyətinin həyatını itirməsi, dərman və müalicələrin həddindən artıq baha olması vətəndaşları evdə aptek işçilərinin, yaxud tibb bacılarının resepti əsasında müalicəyə sövq etdi. Yayılan xəbərə görə, xəstəxanalarda koronavirus xəstələrinə dəyəri cəmi 7 manat olan bir perepat üçün iki min manat tələb olunurdu. Saxta vaksinasiya arayışlarının satılmasından tutmuş, saxta peyvəndlərin vurulması, xəstələr üçün nəzərdə tutulan dərman paketlərin poliklinikalarda satılmasına qədər ən təhlükəli xəbərlər sosial şəbəkələri bürümüşdü. Dəhşətli məqam ondan ibarətdir ki, TƏBİB-in ünvanına bu qədər ittihamların səslənməsinə baxmayaraq Ramil Bayramlı bir dəfə də olsun rəsmi şəkildə rəhbərlik etdiyi qurumun nüfuzunu qorumaq məqsədilə heç vaxt iddialara aydınlıq gətirmədi. Düzdür, bu sahədə baş verən neqativ halların hamısnın Ramil Bayramlının boynuna yükləmək insafsızlıq olardı. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin "səlahiyyət davası" hamıya bəlli olduğu halda bütün günahları təkcə Ramil Bayramlının üzərinə yıxmaq da düzgün olmazdı. Başqa sözlə, bütövlükdə cəmiyyət koronavirusla mübarizəyə cəlb edildiyi halda bu işə birbaşa cavabdeh olan qurumların səlahiyyət savaşı çoxsaylı insanların ölümü ilə nəticələndi. Sadalanan faktlar deməyə əsas verir ki, TƏBİB-in indiyə qədərki fəaliyyəti hüquq-mühafizə orqanları, Vergilər Nazirliyi və Hesablama Palatası tərəfindən yoxlanılaraq müvafiq qərar qəbul edilməlidir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31