"Zədələnmiş orqanları əvvəlki vəziyyətinə qaytarmaq mümkün olacaq" ALİM_AÇIQLAMA

"BioNTech" şirkətinin qurucularından olan professor Uğur Şahin Almaniyanın "Bild" qəzetinə müsahibə verib.

Olaylar.az xəbər verir ki, alim müsahibəsində gələcəkdə zədələnmiş orqanların cavanlaşmasının mümkün olacağına inandığını söyləyib. Yaşlanma prosesinin həm də bioloji situasiya olduğunu qeyd edən Uğur Şahin dəri hüceyrələrinin müəyyən faktorlarla yenidən proqramlaşdırıla biləcəyinin, yəni cavanlaşdırma prosesinin on illər bundan əvvəl görüldüyünü diqqətə çatdırıb.

Uğur Şahin bu faktorların mRNA vasitəsilə hüceyrələrə də sızdırıla biləcəyini qeyd edib:

"Elmi-fantastik filmlərdən birindəki kimi qocaları bir göz qırpımında gəncə çevirə bilmərik. Lakin bəlkə də zədələnmiş bir ürəyin və ya köhnə orqanların qocalma prosesini tamamilə və ya qismən geri çevirə bilərsiniz. Bir gün bunun mümkün olacağına inanırıq".

Professor COVID-19-un yeni versiyaları yaranmasa və qarşıdakı həftələrdə peyvəndlənmə nisbəti artsa, payız və qış aylarını yaxşı keçirmə şansının yüksək olduğunu sözlərinə əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31