Pfizer peyvəndinin daha effektiv olduğu təsdiqlənib

20-60 yaş arası kişilərdə Pfizer peyvəndinin effektivliyi 89.6-93.4%, 60 yaşdan yuxarı kişilərdə 94.7-96.9%olub.

Olaylar.az xəbər verir ki, bu barədə  Yaponiya televiziya kanalı NHK məlumat yayıb.

Məlumata görə, Yaponiya televiziya kanalı NHK-nın sentyabr ayının 13-də  verdiyi xəbərə görə, Kyoto Universitetinin mütəxəssisləri Pfizer peyvəndinin effektivliyini 85-96%  göstəricidə qiymətləndiriblər.

Bildirilir ki, Kyoto Universitetindən olan bir qrup tədqiqatçı yay aylarında  araşdırma aparıb və bu dövrdə yoluxmuş 10.000 -dən çox yerli sakinin nəticələrini təhlil edib. Yoluxanların böyük əksəriyyəti peyvənd edilmədiyi üçün,  Yapon mütəxəssislərinə dərmanın effektivliyini hesablamağa imkan yaradıb.

Qeyd edilir ki, 20-60 yaş arası kişilərdə Pfizer peyvəndinin effektivliyi 89.6-93.4%, 60 yaşdan yuxarı kişilərdə 94.7-96.9%olub. Qadınlarda isə bu say 20 yaşdan 60 yaşa qədər olan qadınlar arasında dərman 85,4%-91,8%, 60 yaşdan yuxarı qadınlarda isə 92,6-96,1%təsir göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31