Dövlət Komitəsinin Aparat rəhbəri koronavirusdan vəfat etdi
13 Sentyabr 2021 11:32 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov vəfat edib. O, 66 yaşında koronavirusdan dünyasını dəyişib.Qeyd edək ki, A.Süleymanov 1955-ci ilin sentyabrın 22-də Zəngilan rayonunda anadan olub.O, Azərbaycan Dövlət Universiteti, tarix fakültəsini bitirib, Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alıb.2014-2015-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümumi şöbənin müdiri vəzifəsində çalışıb.
2015-ci ilin iyul ayından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Aparat rəhbəri idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31