Həştərxanda VI Xəzər Media Forumu keçiriləcək
9 Sentyabr 2021 13:15 SosialSentyabrın 10-da Həştərxanda VI Xəzər Media Forumu keçiriləcək. "OLAYLAR" xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin də təmsil olunduğu 2021-ci il Forumunun mövzusu turizm və etnomədəni kommunikasiyadır.
Forum çərçivəsində federal və regional icra hakimiyyəti orqanlarının, media nümayəndələrinin, alimlərin və politoloqların, Xəzər regionu ölkələrinin ictimai və gənclər təşkilatlarının liderlərini bir araya gətirəcək plenar iclaslar və müzakirələr olacaq. Xəzər Media Forumu təcrübə mübadiləsi, regional və beynəlxalq jurnalistikanın inkişafı ilə bağlı yeni baxışların müzakirəsi və Xəzər regionu ölkələri üçün vahid informasiya sahəsi yaratmaq üçün unikal bir platformadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31