Azərbaycanla sərhəddən 18 erməni kəndi KÖÇÜR
6 Sentyabr 2021 04:18 SosialAzərbaycanla sərhəddə erməni kəndlərinin vəziyyətinin acınacaqlı olması ilə bağlı daha bir narazılıq yayılıb.
Azadinfo.az xəbər verir ki, Zod yatağının yerləşdiyi Şişqaya kəndinin (ermənilər "Geqamasar" adına dəyişdirib - red.) başçısı Akop Avetyan erməni mediasına açıqlamasında hakimiyyətin sanki sərhəd kəndlərin əhalisi unutduğunu bildirib.
Kənd sakini deyib ki, kəndləri Basarkeçər bələdiyyəsinə birləşdirmək istəyirlər:
"Bizim bələdiyyədə 18 kənd birləşib. Ancaq indi deyirlər ki, bu, azdır və bizi Basarkeçər (Vardanes) şəhər bələdiyyəsinə birləşdirmək istəyirlər".
O iddia edib ki, bələdiyyəyə diqqət və qayğı yoxdur, kəndlilər taleyin öhdəsinə buraxılıb. Kəndlilər də buna görə köçüb gedəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31