Əməkdar aktyor VƏFAT ETDİ

Azərbaycan SSR-in əməkdar artisti Tamilla Ağamirova ömrünün 94-cü ilində vəfat edib.

Azərbaycan SSR-in əməkdar artisti Tamilla Ağamirova ömrünün 94-cü ilində vəfat edib.

Olaylar.az  xəbər verir ki, bu barədə "Romen" teatrından məlumat verillib.

Xatırladaq ki, 2021-ci il iyulun 2-də onun həyat yoldaşı, SSRİ Xalq artisti, "Romen" teatrının bədii rəhbəri Nikolay Sliçenko vəfat edib.

Tamilla Ağamirova 1951-ci ildə Bakı Teatr İnstitutunu bitirib. 1952-ci ildən etibarən fəaliyyət göstərdiyi "Romen" teatrında baş rollar ifa edib. O, daha çox "Don Kixot", "Onun böyük ürəyi", "Əsl dost", "Matteo Falkone", "Kuba novellası", "Stalinqrad" filmlərində, həmçinin "Romen" teatrının səhnəsində canlandırdığı rollara görə tanınıb. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31