Azərbaycanda bir gündə rekord sayda vaksin vuruldu
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 116 709 vaksin vurulub
31 Avqust 2021 19:43 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 116 709 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69 972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46 737 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 6 805 740, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 113 716, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 692 024 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31