Sabah bu yol 2 saat BAĞLI OLACAQ

Sabah saat 11:00-dan 13:00-dək (2 saat) aparılacaq müayinə və sınaq işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən yol ötürücüsü üzərində işlərin aparılacağı hərəkət zolaqları üzrə hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə Olaylar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

"Qeyd olunan müddət ərzində sözügedən ərazidə sıxlıq və tıxacın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - deyə məlumatda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31