Peyvənd sertifikatının QR kodunu qoluna tatu etdirdi - FOTO
Peyvənd sertifikatının QR kodunu qoluna tatu edən şəxs birdən-birə sosial media fenomeninə çevrilib.
31 Avqust 2021 13:27 SosialPeyvənd sertifikatının QR kodunu qoluna tatu edən şəxs birdən-birə sosial media fenomeninə çevrilib.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyada universitet tələbəsi 22 yaşlı Andreya Kolonnetta, bu tatu üçün əvvəl düşünmədiyini, ancaq tatu ustası ilə danışdıqdan sonra qərar verdiyini bildirib. İtaliya mətbuatına danışan gənc, "Qəti şəkildə orijinal bir şey etməyi üstün tutdum, fərqli olmağı sevirəm", - deyə hislərini ifadə edib.
Qeyd edək ki, İtaliyada, 6 avqustdan etibarən bağlı yerlərdə - kinoteatr, muzey, restoran və kafelərə getmək istəyənlər COVID-19 testi və ya son 48 saatda iki doza vaksin vurulduğunu təsdiqləyən barkodlu COVID sertifikatı göstərmək məcburiyyətindədirlər.