“20 Yanvar” dairəsi açıldı - YENİLƏNİB-FOTO

Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bu barədə Olaylar.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

***

Paytaxtın Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə Ölkə.az Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevə istinadən xəbər verir.

Belə ki, gecə saatlarında "20 Yanvar" dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb. Hazırda müvafiq qurumların xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.

Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib. Avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31