“Gənclər Kuboku: Hərb Oyunları” DAVAM EDİR
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Ağdam rayonunda həyata keçirilən “Gənclər Kuboku: Hərb Oyunları” layihəsi böyük sürətlə davam edir.
31 Avqust 2021 10:28 SosialAzərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə Ağdam rayonunda həyata keçirilən "Gənclər Kuboku: Hərb Oyunları" layihəsi böyük sürətlə davam edir.
Layihənin ikinci günündə iştirakçılar Rayon Səfərbərlik İdarəsinin mütəxəssisləri tərəfindən silah söküb-yığma təlimlərində iştirak edərək, yarış sessiyasında komandalar şəklində birincilik uğrunda mübarizə aparıblar. Bununla yanaşı gənclər İlkin Tibbi Yardımla bağlı maarifləndirici sessiyada iştirak etmiş, tibbi estafet yarışlarında öz güclərini sınayıblar.
Layihə çərçivəsində "Gənclər Kuboku: Hərb Oyunları" layihəsinin qonağı Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov olub. Gənclərin beynəlxalq arenada təmsilçiliyi, informasiya müharibəsi və digər mövzularda iştirakçıların suallarını cavablandıran millət vəkili sonda gənclərə uğurlar arzu edərək, bu cür layihələrdə gəncləri aktiv iştirak etməyə dəvət edib.
"Hərb Oyunları"nın üçüncü günündə iştirakçıların Ağdam Rayon Dövlət Bayrağı Meydanına yürüşü təşkil olunmuş, gənclər səmtimüəyyən etmə üzrə təlim sessiyalarında iştirak etmişlər. Təlimin ikinci hissəsində isə gənclər yarışlarda iştirak edərək, öz bacarıqlarını ortaya qoymuşlar.
Qeyd edək ki, layihə boyunca ekstremal şəraitdə 100-ə yaxın gəncin stend atıcılığı, pentatlon və digər idman növləri üzrə yarışı təşkil olunması nəzərdə tutulur. Gənclər yarışlarda birincilik uğrunda mübarizə aparacaq, komanda işini ortaya qoyacaqlar.
"İrəli" İctimai Birliyi tərəfindən bundan sonra da gənclərin hərbi vətənpərvərlik ruhunda formalaşması, onların bu ruhda tərbiyə alması istiqamətində tədbirlər davam etdiriləcək.