Karantin cəriməsini ödəməyənlər AXTARIŞA VERİLƏCƏK

Karantin qaydalarının pozulmasına görə tətbiq edilən cərimələri ödəməyənlər axtarışa veriləcək.

Karantin qaydalarının pozulmasına görə tətbiq edilən cərimələri ödəməyənlər axtarışa veriləcək.

Olaylar.az xezerxeber.az-a istinadən bildirir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, karantin qaydalarının pozulması ilə əlaqədar tətbiq edilən cərimələrin 30 gün müddətində ödənilməsi təmin edilməlidir. Vətəndaş cəriməsini ödəmədiyi halda müvafiq olaraq ədliyyə orqanları tərəfindən onun üzərində borc yükü kimi qalır.

Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, məqsəd vətəndaşları cərimələmək deyil, onların qayda və tələblərə əməl etməsini təmin etməkdir. O bildirib ki, istisnasız olaraq qayda pozan hər bir şəxs mütləq şəkildə cəriməsini ödəməlidir.

Elşad Hacıyev onu da qeyd edib ki, vətəndaşların sanitar epidemioloji tələblərə əməl etməsini təmin etmək məqsədilə polis əməkdaşları mütəmadi reydlər keçirir. Bununla belə, sağlamlıqlarının qeydinə qalmaq üçün hər bir vətəndaş özü sosial məsuliyyətini dərk edərək qaydalara əməl etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31