“Müalicəvi Naftalan nefti” mövzusuna həsr edilən poçt markaları bloku dövriyyəyə buraxılıb

 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən "Müalicəvi Naftalan nefti" mövzusuna həsr edilən poçt markaları bloku dövriyyəyə buraxılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "Azərpoçt" MMC tərəfindən "Müalicəvi Naftalan nefti" mövzusuna həsr edilən poçt markaları bloku dövriyyəyə buraxılıb.

"OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, buraxılış 1 markadan ibarət poçt bloku şəklində hazırlanıb. Markanın ölçüsü 40,3 x 40,3 mm, vərəqin ölçüsü 52x69 millimetrdir. Poçt bloku 5 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

Poçt markasının müəllifi rəssam Orxan Qarayevdir.

Marka ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31