" Virusu ciddiyə almadım, ölümlə üz-üzə qaldım" - ƏMƏKDAR ARTİST
Əməkdar artist Könül Kərimova bir müddət öncə koronavirusa yoluxduğunu, xəstəliyi ağır şəkildə keçirdiyini açıqlayıb.
30 Avqust 2021 12:47 SosialƏməkdar artist Könül Kərimova bir müddət öncə koronavirusa yoluxduğunu, xəstəliyi ağır şəkildə keçirdiyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə müğənni İnstagram hesabında məlumat verib.
52 yaşlı ifaçı COVID-19-u ciddiyə almadığını, bu səbəbdən çətin günlər keçirdiyini bildirib:
"16 gün evdə qaldım, koronavirusdan əziyyət çəkərək yatdım. Hamı kimi məndən də yan keçmədi. Virusu ciddiyə almadım, ölümlə üz-üzə qaldım. Həkimlərimə təşəkkür edirəm, məni bu şirin həyatdan ayrılmağa qoymadılar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31