51 mindən çox abituriyent ixtisas SEÇİMİ EDİB

Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir

Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən "Olaylar"a bildirilib ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 30-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna (qruplarına) aid olan 15-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas1/?frm=egov1 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər. Bu gün saat 11:05-dək bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin sayı 51 min 281 olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31