"Ballıqaya faciəsi" haqqında film hazırlanıb- ŞAHİDLƏR DANIŞACAQ

Azərbaycan Televiziyası Ballıqaya faciəsinin 29-cu ildönümü ilə əlaqədar film hazırlayıb.

Azərbaycan Televiziyası Ballıqaya faciəsinin 29-cu ildönümü ilə əlaqədar film hazırlayıb.

Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, film "Mən şahidəm" adlanır.

"Mən şahidəm"də 1992-ci il avqustun 28-də Goranboyun Ballıqaya ərazisində məskunlaşmış laçınlıların ermənilər tərəfindən qətlə yetirilməsindən bəhs edilir. 6 aylıq  Canpoladdan 93 yaşlı Zeynəb nənəyədək 24 nəfərin öldürülüb yandırıldığı soyqırımın şahidləri danışacaqlar.

"Telefilm"in istehsalı olan filmin quruluşçu rejissoru Pərviz Həsənov, ssenari müəllifi Afaq Əhmədova, quruluşçu operatoru Cavid Əliyev, səs rejissoru Əliabbas Qasımov, prodüseri Fatimə Əzimova, layihə rəhbəri isə Elçin Musaoğludur.

Filmin çəkilişləri Ağcabədi, Bərdə və Goranboy rayonlarında aparılıb.

"Mən şahidəm" avqustun 28-i saat 22:00-da AzTV-də yayımlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31