“Pfizer” ABŞ-a üçüncü dozaya görə müracət göndərdi

"Pfizer” yeni növ koronavirus peyvəndinin üçüncü dozasının vurulmasının ABŞ-da da təsdiqlənməsi üçün müraciət edib.

"Pfizer" yeni növ koronavirus peyvəndinin üçüncü dozasının vurulmasının ABŞ-da da təsdiqlənməsi üçün müraciət edib.
 

Olaylar.az xəbər verir ki, "Pfizer" şirkəti açıqlamasında bildirib ki, üçüncü peyvənd dozasının COVID-19 əleyhinə antikor istehsalını ikinci doza ilə müqayisədə 3 qat artıracaq. Belə ki, ikinci dozadan beş-səkkiz ay sonra vurulan üçüncü peyvənd dozasında virus əleyhinə antikor səviyyəsi 3,3 dəfə artırılacaq.

Hazırda bir sıra ölkələr "Pfizer"in üçüncü dozasının vurulması üçün razılıq verib. Bu ölkələr arasında ABŞ yoxdur. ABŞ-da isə hələlik "Pfizer-BioNTech" vaksininin üçüncü dozası immun sistemi xəstəliyi olan vətəndaşlar üçün vurulmasına icazə verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31