“BMT-nin nüfuzunu özünə qaytardıq" Rəfail Becanov

Rəfail Becanov: “BMT-nin nüfuzunu özünə qaytardıq, yəni Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri özümüz icra etdik.”

Rəfail Becanov: "BMT-nin nüfuzunu özünə qaytardıq, yəni Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri özümüz icra etdik."

Prezident İlham Əliyevin BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşündə  səsləndirdiyi fikirlər politoloq və siyasi ekspertlər tərəfindəndə müsbət qarşılanıb.

Politoloq, cəbhə.info xəbər saytının direktoru Rəfail Becanov bu barədə Olaylar.az saytına açıqlamasında bildirib ki, hər zaman Azərbaycanla BMT arasında sıx əlaqələr olub. BMT-nin sülhməramlı missiyalarında Azərbaycan ən önəmli yerlərdən birini tutub. Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Bütün bunlar göstərir ki, Azərbaycan BMT-lə ilə xüsusi əlaqələrə malik olub və bu təşkilatın nüfuzlu olması üçün çalışıb. Lakin Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə biz BMT-dən gözlədiyimizi ala bilmədik. Bircə 1993-cü ildə Təhlükəsizlik Şurasının məşhur 4 qətnaməsi qəbul olundu ki, bu qətnamələr də kağız üzərində qaldı. Beynəlxalq hüquq isə imkan verirdi ki, BMT tərəfindən Ermənistana qarşı müxtəlif təzyiqlər göstərilsin, çağırışlar edilsin, sanksiyalar tətbiq olunsun. Təəssüf ki, bu addımlar atılmadı.

Palitoloq  həmçinin görüşdə danışılan digər məslərədə  toxunub. "Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən bu məsələlərə kifayət qədər açıq münasibət bildirdi. Azərbaycan cəmiyyəti isə daha məlumatlı oldu.

Təəssüfləndirici haldır ki, beynəlxalq təşkilatlar bəzən öz üzərlərinə götürdükləri missiyaları ya yerinə yetirmirlər, yaxud o missiyaları yerinə yetirərkən ikili standartlar tətbiq edirlər. BMT-nin və onun  ixtisaslaşmış təşkilatı olan UNESKO-nun bu 30 illik zaman kəsiyində sərgilədiyi fəaliyyət də göstərir ki, Azərbaycana qarşı ikili standartlar tətbiq olunub. Görüşdə haqlı olaraq bildirilən bu məqam xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edir, lakin onlar imtina edirlər. Niyə? Bəhanələri o olur ki, siyasi məsələlərə qarışmırlar. Söhbət siyasətdən getmir. Mədəniyyətdən, tarixdən, abidədən gedir. Lakin müharibədən sonra gəlməyə qərar verirlər. Bu ikili standartın nümunəsidir. Gəlsinlər və tanış olsunlar. Görsünlər ki, ermənilər tərəfindən Azərbaycan qarşı hansı vandalizm aktları törədilib.

Yaxud BMT-nin törəmə təşkilatı yox, özü bu 27 ildə qətnamələrinin icrası üçün nə etdi? 27 il qəbul etdiyi qətnamə kağız üzərində qalır, amma dünyanın bir nömrəli təşkilatı susur, qətnamələri icra etməli tərəfə - Ermənistana heç bir sanksiya, təzyiq göstərilməsi təşəbbüsündə olmur. Əksinə, sanksiya, təzyiq tələbini də qulaqardına vurur.

Biz nə etməliydik? ? Oturub bir 30 il də gözləməliydikmi? Belə olanda haqlı olaraq, Azərbaycan tərəfi bu qətnamələrin də icrasını öz üzərinə götürməyə məcbur qaldı və 44 günlük müharibədə biz təkcə torpaqlarımızı azad etmədik, həm də BMT-nin nüfuzunu özünə qaytardıq, yəni Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri özümüz icra etdik.

Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən bu məsələləri xüsusi qeyd etməklə, Azərbaycanın qüdrətini, gücünü və regionda əsl söz sahibi olan dövlət olduğunu bir daha dünyaya çatdırdı.

Qarabağda hazırda bərpa-quruculuq işləri görülür. Füzuli hava limanında test uçuşlar həyata keçirilir, yaşayış məskənləri bərpa edilir. Öz yurd-yuvasından qaçqın düşmüş əhalimizin yaxın zamanlarda doğma ocaqlarına qayıdışı başlayacaq. Lakin Ermənistan hələ də təxribatlarından əl çəkmir. Havadarlarının diqtəsiylə sərhədlərimizdə təxribat törədir, sərhədlərin delimitasiyasını uzatmaq istəyir. Lakin onların təxribatı nəticə verməyəcək. Azərbaycanın iradəsi qətidir və 44 günə torpaqlarını işğal azad edən ölkə digər problemləri də yaxın vaxtlarda həll edib yekunlaşdıracaq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31