“Peyvənd sertifikatı” müddətsizdir - RƏSMİ

"Peyvənd sertifikatı” müddətsizdir və 3-cü dozanın ("buster” doza) vurulması onun müddətinə təsir etmir.

"Peyvənd sertifikatı" müddətsizdir və 3-cü dozanın ("buster" doza) vurulması onun müddətinə təsir etmir.

Olaylar.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumatda bildirilib.

Birgə məlumatda həmçinin qeyd edilib ki, son elmi tədqiqatlara əsasən, COVID-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin 3-cü doza ("buster" doza) ilə peyvəndlənmələri tövsiyə edilir.

Bunun üçün vətəndaşlar  https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31