Qaxda baş verən yanğınla bağlı son vəziyyət- FHN-dən AÇIQLAMA
Qax rayonu, Güllük kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.
25 Avqust 2021 15:46 SosialQax rayonu, Güllük kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.
Olaylar.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı dağlıq ərazidə 200 m² sahədə kol-kos və 2 ədəd palıd ağacı yanıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.
Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31