Vaqif Abdullayevin “Humanizmin Azərbaycan Simvolu” adlı kitabının TƏQDİMATI KEÇİRİLİB

Bu gün Atatürk mərkəzində Vaqif Abdullayevin “Humanizmin Azərbaycan Simvolu” adlı kitabının təqdimatı keçirilib.

Bu gün Atatürk mərkəzində Vaqif Abdullayevin "Humanizmin Azərbaycan Simvolu" adlı kitabının təqdimatı keçirilib.

Olaylar.az xəbər verir ki, təqdimatda bir sıra deputat, alim, akademik, ziyalı və jurnalistlər iştirak ediblər. Onların hər biri öz çıxışları zaman Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizə verdiyi töhfələrdən danışıb, kitabı ərsəyə gətirdiyinə görə müəllifə öz təşəkkürünü bildiriblər.

Vaqif Abdullayev də öz növbəsində tədbir iştirakçılarına öz təşəkkürünü bildirib, kitab haqqında oxuculara məlumat verib:

"Mehriban xanım Əliyevanın çoxşaxəli zəngin humanizm missiyası Azərbaycanla müxtəlif ölkələr arasında mədəni-humanitar və ictimai-siyasi əlaqələrin inkişafına dərin zəngin töhfələr verməklə bugünkü dost və strateji münasibətlərin möhkəmlənməsində mühüm rol oynamaqdadır. Kitabda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmzidə və dünyanın müxtəlif dövlətlərində həyata keçirdiyi misilsiz humanitar layihələrdən, planetar təfəkkürlü qadın lider kimi Azərbaycan qadınının hörmət və nüfuzunun artmasında rolundan və dövlətimizin əldə etdiyi uğurlara verdiyi sanballı töhfələrdən bəhs edilir".

Tədbirin sonunda iştirakçılara "Humanizmin Azərbaycan Simvolu" kitabı hədiyyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31