Azərbaycan məhsulları BEYNƏLXALQ SƏRGİDƏ
Avqustun 25-də Çin Xalq Respublikasının Urumçi şəhərində Çin-Avrasiya Sərgisi öz işinə başlayıb
25 Avqust 2021 15:23 SosialAvqustun 25-də Çin Xalq Respublikasının Urumçi şəhərində Çin-Avrasiya Sərgisi öz işinə başlayıb. Koronavirus pandemiyası ilə əlaqədar olaraq, bu il onlayn formatda keçirilən sərgidə ölkəmiz "fəxri qonaq" statusunda iştirak edir. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, tədbirdə ölkəmizin Çindəki ticarət nümayəndəsinin Aparatının təşkilatçılığı ilə vahid ölkə stendində 25 Azərbaycan şirkəti 200-dən çox çeşiddə məhsulla təmsil olunur. Sərgidə qida və kənd təsərrüfatı məhsulları ilə yanaşı, xalçalarımız da nümayiş edilir, ölkəmizin biznes və investisiya mühiti, tranzit-nəqliyyat potensialı və turizm imkanları təqdim olunur. Sərgi avqustun 29-dək davam edəcək.Tədbir çərçivəsində onlayn forum və ikitərəfli görüşlər keçiriləcək.