Sosial təminat növləri üzrə 240 min təyinat e-qaydada HƏYATA KEÇİRİLİB
Bu ilin ötən dövründə 114 min e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb. Onlardan 16,3 mini pensiya təyinatları olub.
25 Avqust 2021 13:33 SosialBu ilin ötən dövründə 114 min e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb. Onlardan 16,3 mini pensiya təyinatları olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a bildirilib ki, 2019-cu ilin əvvəlindən sosial təminat növləri (pensiya, müavinət və təqaüd) üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb. Ötən dövrdə həmin sosial təminat növləri üzrə 40 mini pensiyalar olmaqla, ümumilikdə 240 minədək təyinat e-qaydada həyata keçirilib. Bununla da həmin sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv xidmət olaraq onlara müvafiq sosial ödənişlər e-qaydada təyin edilib.