İctimai nəqliyyatda dezinfeksiya məhlulları NİYƏ MƏHDUDDUR?
Bir müddət əvvəl ölkədə sərt karantin rejiminin yumşaldılmasından sonra bəzi ictimai nəqliyyat vasitələrində dezinfeksiya məhlulları da yığışdırılıb. Bir çoxları bunda Bakı Nəqliyyat Agentliyini (BNA) günahkar bilsə də, lakin Agnetlik rəsmisi iddiaların əsassız olduğunu deyir.
24 Avqust 2021 14:12 SosialBir müddət əvvəl ölkədə sərt karantin rejiminin yumşaldılmasından sonra bəzi ictimai nəqliyyat vasitələrində dezinfeksiya məhlulları da yığışdırılıb. Bir çoxları bunda Bakı Nəqliyyat Agentliyini (BNA) günahkar bilsə də, lakin Agnetlik rəsmisi iddiaların əsassız olduğunu deyir.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev "OLAYLAR"-ın sorğusuna cavab olaraq bildirib ki, avtobuslarda dezinfeksiya məhlulları olan qabların yığışdırılması və ya boş olması barədə hər hansı bir tapşırıq verilməyib:
"Tərəfimizdən belə hallar aşkarlandıqdan daşıyıcı qarşısında nöqsanın aradan qaldırılması üçün məsələ qaldırılır. Çünki hər bir daşıyıcı bu məsələlə bağlı birbaşa cavabdeh olan şəxsdir. Aparılan müşahidələr də onu göstərir ki, bu cür neqativ hallar əsasən köhnə avtobuslarda daha çox rast gəlinir".