Sürücü sərnişindən maska taxmağı TƏLƏB ETMƏLİDİRMİ?

Son vaxtlar gündəlik COVİD-19-a yoluxma halları kəskin dərəcədə artsa da, lakin hələ də bəzi vətəndaşlarımız qapalı məkanlarda, xüsusilə də avtobuslarda tibbi maskadan istifadə etmir. Bəs görəsən  avtobus sürücüsünün sərnişindən maska taxmasını tələb etməsi mümkündürmü?

Bakı Nəqliyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "OLAYLAR"-ın sorğusuna cavab olaraq bildirib ki,  sərnişindən maska taxılmasını tələb etmək sürücünün qanunla müəyyən olunan vəzifələrinə aid deyil. BNA rəsmisinin sözlərinə görə, buna baxmayaraq Agentlik tərəfindən daşıyıcılara sürücülərin nəzakətli qaydada sərnişinlərə maskadan istifadənin zəruriliyini xatırlatması və ya bunu tövsiyə etməsi ilə bağlı təlimatlar verilib:

"Bəzi hallarda maskadan istifadə etməyən sərnişin olduqda avtobusu idarə etməmək də tapşırılıb. Lakin ötən müddətdə sürücülərin srənişinlərdən maskadan istifadə etməklə bağlı tövsiyəsinin sərnişinlərin sərt reaksiyasına səbəb olduğunu gördük. Dəfələrlə bu səbəbdən sərnişin-sürücü münasibətlərində gərginlik yaşandığının sonda isə sərnişindaşıma prosesinin pozulmasının şahidi olmuşuq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31