Növbəti tədris ili üçün tətil günləri açıqlanıb

Ümumi təhsil müəssisələrində 2021-2022-ci dərs ili üçün tətil günləri açıqlanıb

 

Ümumi təhsil müəssisələrində 2021-2022-ci dərs ili üçün tətil günləri açıqlanıb.

Bu barədə ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrdə qeyd edilib.

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi, sabah səhər saatlarından...- RƏSMİ

Əmrə əsasən, dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Dərs ili iki yarımilə bölünür:

birinci yarımil - 15 sentyabr - 26 yanvar;

ikinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:

5 gün payız tətili (16-20 noyabr);

5 gün qış tətili (27-31 yanvar).

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31