Müalicədən qayıdan Arif Babayev QAXDA DİNCƏLİR-FOTO
Xalq artisti Arif Babayev Türkiyədən qayıdıb.
23 Avqust 2021 16:25 SosialXalq artisti Arif Babayev Türkiyədən qayıdıb.
Olaylar.az xəbər verir ki, səhhətində problem yaranan xanəndə müalicə üçün qardaş ölkəyə yollanıb. Hazırda özünü yaxşı hiss edən A.Babayev Qaxda dincəlir. Bu haqda aparıcı Lalə Azərtaş bildirib.
Muğam ifaçısının yeni görüntüsünü yayımlayan aparıcı "Qaxda onun qonağı olacağıma söz vermişdim. Gəldim və xalqın sevimli oğlu - Arif Babayevə baş çəkdim. Səhhəti lap yaxşıdır, hamınıza da salamı var" sözlərini yazıb.
Qeyd edək ki, A.Babayev ötən il insult keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31