Xoşqədəm Xəzər TV ilə YOLLARINI AYIRDI
Xoşqədəm Hidayətqızı Xəzər TV-dəki işindən bu gün rəsmi olaraq ayrılıb.
23 Avqust 2021 13:32 SosialXoşqədəm Hidayətqızı Xəzər TV-dəki işindən bu gün rəsmi olaraq ayrılıb.
Bu haqda xəbərlər bir müddət əvvəl yayılsa da, təsdiq olunmurdu. Həmçinin, telekanalla teleaparıcı arasında əməkdaşlığın davam etməsi haqda razılıq da əldə olunmuşdu. Bu gün isə tərəflər yollarını ayırmaqla bağlı yekun qərar veriblər.
Məlumat verən mənbə bildirib ki, bu gün X. Hidayətqızı telekanaldakı əşyalarını toplayaraq Xəzər TV-nin binasını tərk edib.
Onun bundan sonra hansı teleməkanda fəaliyyət göstərəcəyi haqda dəqiq məlumat yoxdur. Ehtimala görə xanım aparıcı ARB-də olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31