AQSİA sədrinə yeni VƏZİFƏ VERİLDİ
Azərbaycanın aparıcı qadın təşkilatlarından olan AQSİA-nın İdarə Heyətinin sədri, Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü seçilib.
23 Avqust 2021 11:16 SosialAzərbaycanın aparıcı qadın təşkilatlarından olan AQSİA-nın İdarə Heyətinin sədri, Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü seçilib.
Olaylar.az xəbər verir ki,bu barədə məlumat AQSİA-dan verilib.
İqtisadiyyat Nazirliyi yanında İctimai Şurada 22 avqust 2021-ci il tarixində seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, vətəndaş cəmiyyəti institutlarının 7 nümayəndəsi və eyni zamanda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva İctimai Şuraya üzv seçiliblər.