İranlı iş adamı azərbaycanlılardan üzr istəyib, “Jooiakar” saytının rəhbərliyi sözügedən elanı silib - FOTO

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi “Report”un sorğusu əsasında İrandakı bir iş axtarış saytda elan yerləşdirən şəxslə əlaqə saxlayıb

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi  İrandakı bir iş axtarış saytda elan yerləşdirən şəxslə əlaqə saxlayıb.

Səfirliyin nümayəndəsi Seyid Əli Musəvi bildirib ki, elanı yerləşdirən şəxs Qarabağın Azərbaycana aid olduğunu bilməməsinə işarə edib və səhvinə görə Azərbaycan müsəlmanlarından üzr istəyib.

Saytın rəsmisi isə elanı tezliklə "Jooiakar" saytından və bütün sosial şəbəkələrdən siləcəyinə də söz verib.

Qeyd edək ki, İranın "Jooiakar.com" saytında Qarabağa göndəriləcək işçilərin işə götürülməsi ilə bağlı elan yerləşdirilmişdi.

Neslihan Atagül ərinin dedi-qodulara səbəb olan videosundan danışdı - FOTO

Elanın mətnində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və işğaldan azad edilmiş Qarabağ regionu Ermənistan ərazisi kimi göstərilib.

"Ermənistanın Qarabağ regionunda işləmək üçün ixtisaslı və qeyri-ixtisaslı ustalara ehtiyac var. İşçilərin saxlanması üçün bütün xərcləri şirkət öz üzərinə götürür", - elanın mətnində deyilir.Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31