Bakı-Qazax magistral yolunda AVTOMOBİL YOL KƏNARINA AŞIB

Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb.

Ucar rayonunda yol qəzası baş verib.

Olaylar.az milli.az-a stinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1961-ci təvəllüdlü Şahid Şakir oğlu Məlikovun idarə etdiyi "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü Ş. Məlikov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Mətanət Ənvər qızı Məlikova xəsarət alıblar.

Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31