Saatlıda "aktiv" xəstə KÜÇƏYƏ ÇIXDI-SAXLANILDI

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Olaylar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan trend-ə verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan Saatlı rayon sakini Vüsal Həşimova ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib.

V.Həşimov rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.

Həmin şəxs barəsində Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31