Bölgələr üzrə ölüm statistika- ÖLÜM SAYI ÜZRƏ
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 37047 ölüm qeydə alınıb. Bu, 2020-ci ilin ilk yarısı ilə müqayisədə 19 faiz çoxdur
20 Avqust 2021 20:39 SosialDövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 37047 ölüm qeydə alınıb. Bu, 2020-ci ilin ilk yarısı ilə müqayisədə 19 faiz çoxdur.
Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,5 göstərilib. Novator.az bildirir ki, bir çox bölgədə hər 1000 nəfərə ölüm səviyyəsi daha yüksək olub:
Balakən, Qax - 9,5
Şəki, Zəngilan - 9,2
Gədəbəy, Samux - 8,9
Qazax - 8,8
Bakı - 8,7
Laçın - 8,5
Daşkəsən - 8,4
Goranboy, Mingəçevir - 8,1
Tərtər - 8.
Ağstafa və Füzulidə hər 1000 nəfərə 7,9, İsmayıllı, Siyəzən və Zaqatalada 7,8, Bərdə, Göyçay, Qubadlı və Şabranda 7,7, Ağdam, Sumqayıt və Tovuzda 7,6 ölüm rəsmiləşib.
Hər 1000 nəfərə azı 7 ölümün qeydə alındığı başqa bölgələr belə sıralanır:
Gəncə, Göygöl, Naftalan, Oğuz, Yevlax - 7,4
Cəbrayıl - 7,3
Lənkəran, Şamaxı, Şuşa - 7,2
Beyləqan, Qusar - 7,1
Salyan, Şirvan şəhəri - 7.