Vaqif Abdullayevin “Azərbaycanın mehriban siması" adlı kitabının təqdimatı keçirilib
Gürcüstanın Tiflis şəhərində Siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin “Azərbaycanın mehriban siması" adlı kitabının gürcü dilində təqdimatı keçirilib.
20 Avqust 2021 17:16 SosialGürcüstanın Tiflis şəhərində Siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin "Azərbaycanın mehriban siması" adlı kitabının gürcü dilində təqdimatı keçirilib.
Olaylar.az xəbər verir ki, təqdimatda bir sıra professor və akademiklər iştirak edib. Təqdimatda iştirak edən Gürcüstan Beynəlxalq Münasibətlər və Politologiya akademiyasının prezidenti, akademik Simon Kobadze, Gürcüstan Milli Elmlər Akademiyasının Prezidenti Giorgi Kvesitadze, Gürcüstan Milli Elmlər Akademiyasının Vitse-Prezidenti Roin Metreveli, Azərbaycanın Gürcüstandakı Səfiri Faiq Quliyev və digər akademiklər çıxışları zamanı Azərbaycan-Gürcüstan dostluğu məsələlərinə toxunub, Gürcüstanda belə bir kitabın nəşr edilməsinə görə öz təşəkkürlərini bildiriblər.
Vaqif Abdullayev öz çıxışı zamanı bildirib ki, kitabın gürcü dilinə tərcümə edilməsi və təqdimat mərasiminin keçirilməsi Azərbaycan-Gürcüstan dostluğunun baris nümunəsidir:
"Bu dostluğun təməli ümummilli liderimiz Heydər Əliyev və Gürcüstanın böyük dövlət xadimi Eduard Şevardnadze tərəfindən qoyulub. Əlbəttə, bizim dostluğumuzun tarixi qədim zamanlara gedib çıxır. Bu gün prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sayəsində dostluğumuz daha da möhkəmlənir. Xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Gürcüstanda təhsil sahəsində böyük və uğurlu layihələr həyata keçirilmişdir. Onu da qeyd etmək lazımdır ki, bu dostluq yalnız mədəniyyət və təhsil sahəsində deyil, o cümlədən, möhkəm siyasi və iqtisadi münasibətlərdən ibarətdir. Bakı-Tiblisi-Qars, Bakı-Tiblisi-Ərzurum, Bakı-Tiblisi-Ceyhan iqtisadi layihələr həm də Azərbaycan, Gürcüstan və Türkiyənin birliyi, dünyəvi layihələridir".
V.Abdullayev sonda böyük tədbirə və ona Gürcüstan Beynəlxalq Politologiya Akademiyasının fəxri adının verilməsinə görə Gürcüstan Milli Elmlər Akademiyasına, onun prezidenti Giorgi Kvesitadzeyə öz təşəkkürünü bildirib. O, çıxışını "Yaşasın Azərbaycan, Gürcüstan, Türkiyə dostluğu və qardaşlığı!" sözləri ilə yekunlaşdırıb.