Vətən Müharibəsi şəhidi Əkbər Quliyevin doğum günü qeyd olunub

19 avqust tarixində Nərimanov rayonunda Vətən Müharibəsi şəhidi Əkbər Quliyevin doğum günü qeyd olunub.

Olaylar.az xəbər verir ki, 19 avqust tarixində Nərimanov rayonunda Vətən Müharibəsi şəhidi Əkbər Quliyevin doğum günü qeyd olunub.

"Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhidin doğum günü münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonda salınmış abad məhəllədə şəhidin xatirəsinə həsr edilmiş basketbol turniri keçirilib. Turnirin sonunda qalib komandalara təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim edilib.

Şəhidin əziz xatirəsini yad etmək məqsədilə onun məzarı ziyarət edilib və döyüşlərdə şücaət göstərən igid Vətən oğlunun unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31