Lənkəranda itkin düşmüş şəxslər tapıldı

Avqustun 19-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonu, Xanbulan kəndi ərazisində iki nəfərin Xanbulan çayı ətrafında naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub.

Avqustun 19-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonu, Xanbulan kəndi ərazisində iki nəfərin Xanbulan çayı ətrafında naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub. FNN-dən "Olaylar"a  bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra FHN-in Cənub Regional Mərkəzinin və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Əməliyyat şəraiti qiymətləndirilərkən Bakı şəhər sakinləri olan 2 nəfərin (ər və arvad) Xanbulan çayı ətrafında yolu azıb geri qayıda bilmədikləri və Xanbulan su anbarının digər sahilində köməksiz vəziyyətdə qaldıqları məlum olub. Hər iki şəxs FHN-in xilasediciləri tərəfindən xilas olunaraq, ilkin tibbi yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31