BU ŞƏRTLƏRƏ ƏMƏL EDİLMƏLİDİR., YOXSA... OPERATİV QƏRARGAH
Tələbələr və tələbə adını qazananlar bu şərtlərə əməl etməlidir. Dövlət qurumlarının işi ağırlaşmamalıdır.
20 Avqust 2021 11:32 SosialOperativ Qərargahın brifiqindən. Tələbələr və tələbə adını qazananlar bu şərtlərə əməl etməlidir. Dövlət qurumlarının işi ağırlaşmamalıdır.
Bütün bunlara görə monitorinqlər keçirilir. Bu zaman ərzində 31 nəfər həbs edilib. Vəziyyət ürəkaçan deyil. 46.899 nəfər pasport olmadan, tədbirlərdə iştirak etmək istəyərkən saxlanılıb. Dərslər başlayan zaman monitorninqlərə Təhsil Nazirliyi nümayəndələri də cəlb olunacaq.
Beyxəlxalq təcrübə əsas götürülərək, pasport tələb olunan yerlərə polis əməkdaşı təyin edilməyəcək.
Hansısa formada giriş etmək mümkün olarsa, qəfil aparılan nəzarət zamanı həmin şəxs saxlanacaq və həmin müəssəsə cinayət işinə cəlb olunacaq.
Xüsusilə bir məsələni də qeyd etmək istəyirəm ki, monitorinqlər zamanı polislər həm polis forması həm də, mülki geyimdə olacaqlar.
Tələbələr qanundan yayınarsa, bu halda təhsil ocağı cinayətə cəlb olunacaq.
İnfeksiya riski olan obyektlər qanunu bir neçə dəfə pozarsa, fəaliyyəti dayandırılacaq.