Sentyabrdan növbəti məhdudiyyətlər tətbiq ediləcək

“Dünyada pandemiya davam edir. Son günlər ərzində Azərbaycanda da koronavirusa kifayət qədər yüksək yoluxma qeydə alınıb”.

"Dünyada pandemiya davam edir. Son günlər ərzində Azərbaycanda da koronavirusa kifayət qədər yüksək yoluxma qeydə alınıb". Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. Prezidentin köməkçisi qeyd edib ki, bu gün keçirilən brifinqdə həm cari vəziyyət, həm də növbəti addımlar haqqında məlumat veriləcək: "Sentyabrdan növbəti məhdudiyyətlər tətbiq olunacaq. Yalnız  sentyabrdan olacaq məhdudiyyətlər yalnız vaksin olunmayan şəxslər üçündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31