Azərbaycanda koronaviruslu xəstələr üçün 18 xəstəxana var
Hazırda Azərbaycanda 18 pandemiya müəssisəsi fəaliyyət göstərir.
20 Avqust 2021 11:19 SosialHazırda Azərbaycanda 18 pandemiya müəssisəsi fəaliyyət göstərir. "OLAYLAR" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib. Onun sözlərinə görə, həmin müəssisəlrədən 11- Bakı və Abşeronda, 7-si regionlarda yerləşir. Y.Qarayeva ehtiyatda olan tibb müəssisələrinin olduğunu da xatırladıb. Bildirib ki, koronavirusun kəskin artan dövrdə 40-a yaxın müəssisə fəaliyyət göstərib. Və xəstə sayı yenidən artarsa, həmin müəssisələr cəlb olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31