Ramil Usubovun qayınatasının Şuşada viran qoyulmuş evi - FOTOLAR (EKSKLÜZİV)

Uzun illər erməni işğalından sonra, Ordumuz tərəfindən düşmən tapdağından azad olunan Şuşa şəhərində təmir-bərpa işləri həyata keçirilir

Uzun illər erməni işğalından sonra, Ordumuz tərəfindən düşmən tapdağından azad olunan Şuşa şəhərində təmir-bərpa işləri həyata keçirilir.

Demokrat.az 
xəbər verir ki, bərpa işləri demək olar ki, şəhərin bütün yerlərində aparılır. Buna səbəb, digər rayon və kəndlərimiz  kimi, Şuşa şəhəri də, Ermənistanın işğalı dövründə, düşmən vandaliziminə məruz qalmışdı. Şəhərdə bir sıra tarixi binalarla yanaşı, tanınmış ziyalıların, şəhər sakinlərinin evlərinə də ciddi ziyan dəyib.

Hətta şəhərdə bəzi tarixi binalar, evlər, infrastruktur obyektlər yerlə yeksan edilib. Amma buna baxmayaraq Şuşalı olan hər bir sakin yurduna geri döndükdən sonra, evinin izi torpaqdan silinsə də belə, yaşadığı yeri hissi və duyğuları ilə tapa bilir. 
 

Azərbaycanlı aktrisanın evindən 120 min AZN oğurlanıb (VİDEO)

Ermənilər tərəfindən evi viran qoyulmuş şəxslərdən biri də, Şuşa şəhərinin tanınmış ziyalılarından biri, elmi-pedaqoji hazırlıqlı metodist müəllim Kamran Şirinovdur. 

Qeyd edək ki, K.Şirinov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi, sabiq Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun qayınatasıdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31