Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib - FOTO
Avqustun 19-da Qafqaz Müsəlmanları İdarəsində Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib
19 Avqust 2021 19:09 SosialAvqustun 19-da Qafqaz Müsəlmanları İdarəsində Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə başda olmaqla idarə əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən konfessiyaların nümayəndələri iştirak ediblər.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
Bildirilib ki, Aşura günü münasibətilə Qafqaz müsəlmanları adından Azərbaycan müsəlmanlarına və dünya müsəlmanlarına başsağlığı verən şeyxülislam Allahşükür Paşazadə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman övladlarımıza Allahdan rəhmət diləyib, ailələrinə və yaxınlarına səbr, dəyanət arzulayıb, qazilərimizə şəfa diləyib.