Azərbaycanda peyvənd olunan təhsil işçilərinin sayı AÇIQLANDI

 "İndiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada vaksin olunub".

"İndiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada vaksin olunub".

"OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama verən Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov bildirib ki, bu günədək ümumi təhsil müəssisələri işçilərindən təxminən 60 min nəfərdən çoxu vaksin olunmayıb. Onlardan immuniteti olanlar 16.500, bu və ya digər səbəbdən vaksin olunmayanlar isə
42 min nəfərdən çoxdur:

"Vaksin olunmaq həm də ənənəvi qaydada daha çox saatda dərs demək imkanıdır. İnanırıq ki, növbəti 20-25 gündə təhsil işçiləri arasında vaksinləşmə faizi daha da yüksələcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31