Gənc xanəndə VƏFAT EDİB
Gənc azərbaycanlı xanəndə Tuqay İsmayılov vəfat edib.
19 Avqust 2021 12:19 SosialGənc azərbaycanlı xanəndə Tuqay İsmayılov vəfat edib.
Bu barədə kamança ifaçısı Pərviz Fərhadov məlumat verib. Xanəndənin dəqiq ölüm səbəbi açıqlanmasa da, bir həftəyə yaxındır ki, o, özünü narahat hiss edib. 1986-cı il təvəllüdlü müğənninin vəziyyəti bu gün səhər saatlarından ağırlaşıb.
Ehtimal edilir ki, T. İsmayılov koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, gənc müğənni yüksək səs diapazonuna görə son dövrlərdə populyarlıq qazanmışdı. (az24)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31