Azərbaycan ağ şəffaf şüşə vərəqələrin İXRACINA BAŞLAYIB

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC istehsal etdiyi məhsulların ixrac coğrafiyasını genişləndirir.

Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azerfloat" QSC istehsal etdiyi məhsulların ixrac coğrafiyasını genişləndirir. Belə ki, QSC ilk dəfə olaraq İsrail və İspaniyaya ağ şəffaf şüşə vərəqələrin ixracına başlayıb. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, bundan əvvəl "Azerfloat" QSC Türkiyə, Rusiya, Polşa, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Ukraynaya məhsul ixrac edib.

Qeyd edək ki, "Azerfloat" QSC Sumqayıt Kimya Sənaye Parkının ərazisində Almaniya texnologiyası əsasında müxtəlif çeşiddə, yüksək keyfiyyətli rəngli və şəffaf şüşə vərəqələrin istehsalını həyata keçirir. QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31