“TƏBİB-i hərləmirəm” – Tibb bacısı peyvənd vurdurmaq istəyənləri TƏHQİR ETDİ (VİDEO)
Paytaxtın Yasamal rayonunda yerləşən 16 saylı Şəhər Poliklinikasının tibb bacısı peyvənd vurdurmaq istəyən vətəndaşları təhqir edib
18 Avqust 2021 22:12 SosialPaytaxtın Yasamal rayonunda yerləşən 16 saylı Şəhər Poliklinikasının tibb bacısı peyvənd vurdurmaq istəyən vətəndaşları təhqir edib.
Hokm.az xəbər verir ki, koronavirus əleyhinə vaksin vurdurmağa gələn vətəndaşlar onlayn növbə götürməsinə baxmayaraq, saatlarla gözləyiblər. Bu haqlı olaraq, paytaxt sakinlərinin narazılığına səbəb olub. Tibb bacısına müraciət edən şəxslər, deyilən vaxtda vaksinlərinin vurulmasını tələb ediblər.
Bu zaman tibb bacısı "TƏBİB-i hərləmirəm, burda növbəni mən verirəm", -deyə cavab verib. Tibb bacısının bu görüntüləri sosial mediada qınaq obyektinə çevrilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31