Doqquz dəfə ayaqları kəsildi, hər işini əlləri ilə görür: Göyçaylı Annanın hekayəsi – VİDEO
Doqquz dəfə əməliyyat olmuşam, hamısında da yad adamlar mənə qan verib, dəstək olub
18 Avqust 2021 19:52 Sosial"Doqquz dəfə əməliyyat olmuşam, hamısında da yad adamlar mənə qan verib, dəstək olub".
Bu sözləri sağlamlıq imkanları məhdud Anna Bəkirova Baku TV-yə müsahibəsi zamanı deyib.
O bildirib ki, anasına onu atması ilə bağlı yaxınları tərəfindən dəfələrlə təzyiq olub.
"Doğulan gündən yeriməmişəm. Hər zaman ayaqlarımda problem olub. Çox istəyərdim ki yeriyim, əgər yeriyə bilsəydim, işləyərdim, anama baxardım. Əslində bir tərəfdən də Allaha şükür edirəm ki, varam. Mən olmasaydım anam tək qalardı", - deyə o bildirib.
Daha ətraflı Baku TV-nin süjetində:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31